...

Azərbaycan Rusiyaya qida məhsullarının tədarükü üzrə birgə müəssisə yaradıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2015 13:04 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:04-də yayımlanıb)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

"Azersun Holding" Sankt Peterburqda Azərbaycandan qida məhsullarının tədarükü üzrə birgə müəssisə yaradıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Sankt-Peterburq hökumətinin Sahibkarlığın və istehlak bazarının inkişafı üzrə komitəsinin sədri Elgiz Kaçayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının sanksiya vəziyyətində olması MDB ölkələrindən, o cümlədən Azərbaycandan Sankt-Peterburqa qida məhsullarının tədarükünə marağın artmasına səbəb olub: "Hazırda Sankt-Peterburqun Azərbaycanın keyfiyyətli mallarına çox ehtiyacı var. Təəssüf ki, bəziləri Azərbaycan brendi altında digər ölkə və regionların istehsal etdiyi malları satır. Buna görə də bizə Sankt-Peterburq sakinlərinin məhsulları ilk əldən alması üçün Azərbaycandan birbaşa tədarüklər çox lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti