Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, diplomat limanın baş direktoru Taleh Ziyadovla görüşüb.
Səfir görüşdə qeyd edib ki, Rumıniya Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. O, həmçinin əmtəə dövriyyəsinin inkişafında Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizi layihəsi ilə yaradılmış imkanları vurğulayıb.