...

Expressbank MasterCard Concierge kartlarını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2015 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Expressbank MasterCard Concierge kartlarını təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, Expressbank MasterCard Gold və MasterCard Platinum kartlarını əldə edən müştərilərə 1 illik pulsuz MasterCard Concierge xidməti təklif edir. Bu xidmət vasitəsilə müştərilər günün 24 saatı ərzində 6922 qısa nömrəsinə zəng etməklə, şəxsi assistentdən istənilən tapşırığı yerinə yetirməyi istəyə bilərlər. Xidmətlər barədə ətraflı www.firstline.az saytından məlumat almaq mümkündür.

MasterCard Gold və MasterCard Platinum kartlarını müvafiq olaraq 400 AZN və 800 AZN ilkin mədaxil edərək pulsuz əldə etmək mümkündür. Hər 2 Premium kart üçün SMS məlumatlandırma xidməti pulsuzdur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən Expressbank bankomatlarında komissiyasız istifadə edə bilər.

Qeyd edək ki, Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti