...

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2015 09:42 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi regionlarda maarifləndirmə tədbirlərini davam etdirir.
Sahibkarların maarifləndirilməsi davam etdirilir

Bakı. Trend:

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi regionlarda maarifləndirmə tədbirlərini davam etdirir.

Trend İSN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninqlər Sabirabad, İmişli və Cəlilabadda keçirilib.

"Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Kənd təsərrüfatında logistikanın tətbiqi" mövzularında təşkil edilmiş treninqlərdə iştirakçılara biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, logistika və onun növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, biznes ideyanın yaradılması və biznes planın tərtib edilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və s. barədə geniş məlumat verilib.

Bundan başqa, tədbirlərdə İSN tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Sonda mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti