...

“Excelsior Hotel & Spa Baku” otelində uşaqlar üçün yeni il şənliyi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2015 11:30 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” otelində uşaqlar üçün yeni il şənliyi keçiriləcək.
“Excelsior Hotel & Spa Baku” otelində uşaqlar üçün yeni il şənliyi keçiriləcək

Bakı. Trend:

"Excelsior Hotel & Spa Baku" otelində uşaqlar üçün yeni il şənliyi keçiriləcək.

27 dekabr 2015-ci il tarixində saat 14.00-də "Excelsior Hotel & Spa Baku" otelinin "Afurja" zalında uşaqlar üçün unudulmaz Yeni il şənliyi keçiriləcək. Şənlikdə uşaqlar al-əlvan şam ağacının ətrafında toplaşaraq Şaxta baba, Qar qız, məşhur Madaqaskar qəhrəmanları ilə əylənəcəli vaxt keçirəcəklər. Şənlikdə uşaqların əyləncəsinə sehrbaz və benyamin şousu rəng qatacaq. Uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək və Şaxta babadan yeni il hədiyyələri alacaqlar.

Biletin qiyməti 40 AZN təşkil edir. Biletin qiymətinə uşaqlar üçün hədiyyə, və valideyn üçün çay, qəhvə xidməti daxildir. İkinci uşaq üçün bilet 35 AZN təşkil edir. Bilet almaq üçün "Excelsior Hotel Baku" otelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq sifariş edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti