...

Ramiz Həsənov: "Texniki tənzimləmə haqqında" qanun layihəsinin qəbulu üzrə son işlər görülür

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2015 11:33 (UTC +04:00)
Azərbaycanda “Texniki tənzimləmə haqqında” qanun layihəsinin qəbulu istiqamətində son işlər həyata keçirilir.
Ramiz Həsənov: "Texniki tənzimləmə haqqında" qanun layihəsinin qəbulu üzrə son işlər görülür

Bakı. Trend:

Azərbaycanda "Texniki tənzimləmə haqqında" qanun layihəsinin qəbulu istiqamətində son işlər həyata keçirilir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

R.Həsənov qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının müvafiq qanunvericiliyi əsasında hazırlanmış "Texniki tənzimləmə haqqında" qanun layihəsinin qəbulu istiqamətində son işlər həyata keçirilir: "Komitə tərəfindən "Enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı üzrə Dövlət Proqramı" hazırlanıb. Proqram layihəsinin son versiyası Hökumətə təqdim edilib.

Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir: "Kodeks Alimentarius standartları əsasında hazırlanmış 12 milli standart artıq təsdiq olunub. Standartlaşdırma sahəsində inkişafın sürətləndirilməsi məqsədilə 2013-cü ildə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yaradılıb. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycanın dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edən saziş imzalanıb. İnstitut tərəfindən qısa müddət ərzində 140 standart işlənib hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti