...

2015-ci ildə sahibkarlara 248.5 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2016 10:42 (UTC +04:00)
Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib, 4000-dən çox sahibkar iştirak edib.
2015-ci ildə sahibkarlara 248.5 milyon manat güzəştli kredit verilib

Bakı. Trend:

Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib, 4000-dən çox sahibkar iştirak edib.

Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ümumilikdə, ötən il İSN-nin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdıdırlması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti