...

"Bank Respublika"dan yeni "Yığım əmanəti"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 16:12 (UTC +04:00)
"Bank Respublika" yeni "Yığım əmanəti" məhsulunu təklif edir.
"Bank Respublika"dan yeni "Yığım əmanəti"

Bank. Trend:

"Bank Respublika" yeni "Yığım əmanəti" məhsulunu təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, 15 fevral tarixindən istənilən şəxs minimum 200 AZN ilkin mədaxil edərək bankın filiallarında yığım əmanəti üçün hesab aça bilər.

3, 6 və 12 aylıq müddətə açılan "Yığım əmanəti"ni hazırda manatla yerləşdirmək mümkündür. Eyni zamanda əmanətin məbləği istənilən vaxt və istənilən məbləğdə artırıla bilər.

Yeni məhsulun üstünlüyü ondadır ki, əmanət üzərinə əlavə məbləği uyğun olan vaxtda, bank ofisinə gəlmədən MilliÖN və e-Manat terminallarından, həmçinin Bankim.az səhifəsində fasiləsiz xidmət göstərən "İnternet şöbəsi" vasitəsilə mədaxil etmək mümkündür.

"Yığım əmanəti" üzrə faizlər müddətin sonunda ödənilir. Qeyd edək ki, bu depozit növünün maksimal limiti yoxdur, lakin faizlərin hesablanması üçün maksimal məbləğ 50 000 AZN təyin edilib.

"Bank Respublika" "Əmanətlərin sığortalanması haqqında" dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda yerləşdirilmiş əhalinin əmanətləri fondun şərtlərinə əsasən sığortalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti