...

Dünya Bankı: Azərbaycan regionda maliyyə sahəsində islahatlar üzrə liderlik edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 14:28 (UTC +04:00)
Azərbaycan regionda maliyyə sahəsində belə ən böyük islahatlar aparan yeganə ölkədir.
Dünya Bankı: Azərbaycan regionda maliyyə sahəsində islahatlar üzrə liderlik edir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:26-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan regionda maliyyə sahəsində belə ən böyük islahatlar aparan yeganə ölkədir.

Trend-in məlumatına görə, bunu Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə qabaqcıl eksperti Anjela Priqojina Azərbaycanın qiymətli kağızlar bazarında ticarət, ticarətsonrası və nəzarət sisteminin işə salınması mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan olduqca qısa müddət ərzində kapital bazarının inkişafı üçün çox böyük islahatlar keçirməyi bacardı: "Bu müddət əzrində hüquqi çərçivələrin hazırlanmasından bu sistemin istifadəyə verilməsinədək çox şey edilib".

Ekspert qeyd edib ki, kapital bazarının inkişafı Azərbaycanın maliyyə sektorunu yeni investisiyalar, o cümlədən xarici investisiyalar üçün açacaq: "Bundan başqa Azərbaycan şirkətləri beynəlxalq kapital bazarlarına çıxış əldə edəcəklər".

A. Priqojina əlavə edib ki, Dünya Bankı maliyyə sektorunda islahatlar aparılmasında Azərbaycana dəstək verməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti