...

Azərbaycan Avropa İqtisadi Zonası ölkələri və İsveçrə ilə Yaşıl Kart sistemində fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 14:50 (UTC +04:00)
İcbari Sığorta Bürosunun Yaşıl Kart sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasından fevralın 26-da aldığı məktuba əsasən, İsveçrə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin Yaşıl Kart Büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair bağlanmış ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi aprelin 1-ə müəyyənləşdirilib.
Azərbaycan Avropa İqtisadi Zonası ölkələri və İsveçrə ilə Yaşıl Kart sistemində fəaliyyətə başlayacaq

Bakı. Trend:

İcbari Sığorta Bürosunun Yaşıl Kart sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasından fevralın 26-da aldığı məktuba əsasən, İsveçrə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin Yaşıl Kart Büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair bağlanmış ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi aprelin 1-ə müəyyənləşdirilib.

Həmin tarixədək tərəflər Yaşıl Kartların mövcudluğuna və etibarlılığına nəzarət edən ölkədaxili aidiyyəti qurumlara və sərhəd-keçid məntəqələrinə bu barədə məlumat verməlidirlər.

1 aprel tarixindən etibarən Azərbaycan vətəndaşları Avropa İqtisadi Zonasına daxil olan ölkələr, həmçinin İsveçrə, Tunis, Bosniya və Hersoqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran İslam Respublikası, Moldova, Ukrayna, Andorra Knyazlığı, Albaniya və Mərakeş Krallığına avtonəqliyyat vasitəsi ilə səyahət edərkən Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərindən Yaşıl Kartları ala bilərlər.

Eyni zamanda qeyd olunan ölkələrin vətəndaşları da avtonəqliyyat vasitəsi ilə Azərbaycana səyahət etdikdə öz ölkələrindən Yaşıl Kartları əldə edə bilərlər.

Rusiya, Belarus və İsrailin Yaşıl Kart büroları İcbari Sığorta Bürosu ilə ikitərəfli sazişləri imzalamadıqları üçün Azərbaycanda qeydiyyatda keçmiş nəqliyyat vasitələri bu ölkələrə səyahət etdikdə həmin ölkələrdə etibarlı olan Azərbaycan Yaşıl Kartlarını əldə edə bilməyəcəklər və nəticə etibarilə həmin ölkələrə daxil olarkən bu ölkələrin sərhəd sığorta müqavilələrini almalıdırlar.

Eynilə, həmin ölkələrdə qeydiyyatdan keçən nəqliyyat vasitələrinə münasibətdə Azərbaycanda etibarlı olan Yaşıl Kartların rəsmiləşdirilməsi mümkün olmadığına görə, bu nəqliyyat vasitələri Azərbaycana daxil olarkən "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulmuş sərhəd sığorta müqaviləsini bağlamalı olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti