...

Azərbaycan və Gürcüstan yükdaşıma tarifləri üzrə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 16:55 (UTC +04:00)
Azərbaycan Transxəzər nəqliyyat dəhlizinə daxil olan ölkələrlə yükdaşıma üzrə vahid tariflər müəyyənləşdirmək niyyətindədir.
Azərbaycan və Gürcüstan yükdaşıma tarifləri üzrə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Transxəzər nəqliyyat dəhlizinə daxil olan ölkələrlə yükdaşıma üzrə vahid tariflər müəyyənləşdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə Gürcüstanın analoji qurumu arasında aparılmış danışıqlarda Azərbaycan və Gürcüstan arasında tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılması məqsədilə neft və neft məhsullarının iki ölkə ərazisindən tranzit keçidi üçün dəmir yolu üzrə daşınma və neft terminalları üzrə aşırma tariflərinin paritet əsasda tətbiqinə dair razılıq əldə olunub.

S.Babayev qeyd edib ki, Qazaxıstan, Türkmənistan və Türkiyə ilə vahid tariflər üzrə danışıqlar davam edir: "Bu planlar həyata keçsə, Transxəzər nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti xeyli artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti