...

Baş nazir: 2015-ci ildə sahibkarlığın inkişafı üzrə ciddi addımlar atılıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 13:32 (UTC +04:00)
Sahibkarlığa Kpmək Milli Fondu 2004-2015-ci illlərdə sahibkarlara 1,7 milyard manat güzəştli kredit verib.
Baş nazir: 2015-ci ildə sahibkarlığın inkişafı üzrə ciddi addımlar atılıb  (ƏLAVƏ OLUNUB)

(Təfərrüatlar əlavə olunub. İlk xəbər 13:32-də yayımlanıb)

Bakı. Azad Həsənli - Trend:

Sahibkarlığa Kömək Milli Fondu 2004-2015-ci illlərdə sahibkarlara 1,7 milyard manat güzəştli kredit verib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş naziri Artur Rəsi-zadə bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"ı təqdim edərkən deyib.

O bildirib: "İl ərzində sahibkarlıq subyektləri 10,7 faiz - 84 minədək, fərdi sahibkarlıq subyektləri isə 11 faiz -577 min nəfərədək artıb. 2015-ci ildə sahibkarlığın inkişafı üzrə ciddi addımlar atılıb".

Baş nazir qeyd edib ki, ötən il əsas kapitala 16 milyard manat ayrılıb: "Bunun 55 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb. İllik inflyasiya 4 faiz səviyyəsində qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti