...

"PAŞA Həyat"ın sığorta ödənişlərinin həcmi kəskin artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 18:07 (UTC +04:00)
Azərbaycanın həyat sığortası bazarının lideri “PAŞA Həyat” sığorta şirkəti 2016-cı ilin yanvar-mart ayları üzrə ilkin hesabatını açıqlayıb.
"PAŞA Həyat"ın sığorta ödənişlərinin həcmi kəskin artıb

Bakı. Trend:

Azərbaycanın həyat sığortası bazarının lideri "PAŞA Həyat" sığorta şirkəti 2016-cı ilin yanvar-mart ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin I rübünün nəticələrinə əsasən şirkətin baş vermiş sığorta hadisələri üzrə ödədiyi pul vəsaitlərinin həcmi 6,092 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,03 dəfə çoxdur.

Sığorta ödənişləri əsasən "həyatın yaşam sığortası", "həyatın ölüm halından sığortası" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növləri üzrə ödənilib.

Hesabat dövründə şirkətin topladığı sığorta haqlarının həcmi 21,368 mln. manat təşkil edib ki, bu da ötən ilin I rübünün göstəricisi ilə müqayisədə 52,25% çox olub.

Qeyd edək ki, "PAŞA Həyat" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan "PAŞA Həyat"ın cari ilin aprel ayının 1-nə aktivlərinin həcmi 150 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti