...

Azərbaycan və İsveçrə şirkəti mis satışı üzrə yeni müqavilə bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2016 14:20 (UTC +04:00)
Azərbaycanın "Anglo Asian Mining PLC" (AAM) şirkəti və İsveçrənin "İndustrial Minerals S.A." qrupu AAM-ın flotasiya zavodundan istehsal edilən mis konsentratının satışı barədə saziş imzalayıblar.
Azərbaycan və İsveçrə şirkəti mis satışı üzrə yeni müqavilə bağlayıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın "Anglo Asian Mining PLC" (AAM) şirkəti və İsveçrənin "İndustrial Minerals S.A." qrupu AAM-ın flotasiya zavodundan istehsal edilən mis konsentratının satışı barədə saziş imzalayıblar.

Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu ilin martında şirkət flotasiya zavodundan istehsal edilən mis konsentratının satışı barədə "İndustrial Minerals S.A." ilə yeni saziş imzalayıb: "Müqavilənin müddəti 31 dekabr 2018-ci il tarixində başa çatır və o, əvvəlki müqavilənin eyni şərtləri əsasında imzalanıb. Mis konsentratında sinkin miqdarı ilə bağlı cərimələrlə əlaqədar yaxşılaşdırılmış şərtlər istisna təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti