...

Fransa iş adamları Böyükşor gölündəki işlərlə tanış olublar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 09:44 (UTC +04:00)
Bakıda səfərdə olan Fransa iş adamları heyətinin rəhbəri Böyükşor gölündə olaraq “Təmiz Şəhər” ASC-nin gördüyü işlərlə tanış olub
Fransa iş adamları Böyükşor gölündəki işlərlə tanış olublar (FOTO)

Bakı. Trend:

Bakıda səfərdə olan Fransa iş adamları heyətinin rəhbəri Böyükşor gölündə olaraq "Təmiz Şəhər" ASC-nin gördüyü işlərlə tanış olub.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "MEDEF International" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "SUEZ Environnement" şirkətinin direkor müavini xanım Mari-Anj Döbon Bakıda Böyükşor gölündə olaraq gölün kompleks bərpası layihəsi çərçivəsində görülmüş işlərlə əyani tanış olub və layihənin gələcək planları barədə məlumat alıb.

"Təmiz Şəhər" ASC ilə "SUEZ Environnement" şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkət Böyükşor gölünün bərpası layihəsi çərçivəsində Balaxanı sahillərinin və neftlə çirkənmiş torpaqların təmizlənməsi, təmizlənmiş torpaqların yenidən istifadəsi üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihələndirmə və ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərini həyata keçirəcək.

Bakıda səfərdə olan 40 nəfərlik Fransa nümayəndə heyətinin rəhbəri M.Dübon "Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədri Zakir İbrahimovla görüşərək tərəflərin əməkdaşlıq perespektivlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti