Bakı. Azad Həsənli - Trend:
İpoteka kreditləşməsi, o cümlədən sosial ipotekanın verilməsi Azərbaycan İpoteka Fondunun yenidən təşkili ilə bağlı hüquqi aktlarının təsdiqindən sonra davam edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, sənədlər artıq hazırdır və baxılması üçün müvafiq qurumlardadır.