...

"Bonaqua" suyu yeni qiymətlə təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2016 15:40 (UTC +04:00)
"Azerbaijan Coca-Cola Bottlers" şirkəti yay mövsümü ilə əlaqədar olaraq qazlı və qazsız "Bonaqua" suyuna yeni qiymətlər elan edib.
"Bonaqua" suyu yeni qiymətlə təklif edilir

Bakı. Trend:

"Azerbaijan Coca-Cola Bottlers" şirkəti yay mövsümü ilə əlaqədar olaraq qazlı və qazsız "Bonaqua" suyuna yeni qiymətlər elan edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 0,5 litrlik qazlı və qazsız "Bonaqua" suyunun tövsiyə olunmuş satış qiyməti 40 qəpikdən 30 qəpiyə endirilib. 5 litrlik qablaşdırmada daha öncə 1,70 manata təklif olunan "Bonaqua" suyunun tövsiyə olunmuş satış qiyməti isə hazırda 1,20 manat təşkil edir.

Şirkətdən verilən məlumatda qeyd olunur. “Yay fəsli sərinləşdirici içkilərin mövsümü sayılır və istehlakçı tələbinin artmasını nəzərə alaraq biz daha çox insanın yüksək keyfiyyətli sərinləşdirici məhsullarımızdan zövq alması üçün çalışırıq. Yeni qiymət siyasətinin başlıca məqsədi hər bir evi və hər bir istehlakçını yüksək keyfiyyətli, “Möhtəşəm Dad” beynəlxalq mükafatına layiq görülmüş “Bonaqua” suları ilə təmin etməkdir”.

Xatırladaq ki, “Bonaqua” içməli suyu Belçikada yerləşən Beynəlxalq Dad və Keyfiyyət İnstitutu (“The International Taste & Quality Institute” – iTQi) tərəfindən “Superior Taste Award” (“Möhtəşəm Dad”) mükafatına layiq görülüb. “Superior Taste Award” mükafatına layiq olan məhsul onun dünya şöhrətli, Mişlen ulduz sahibləri olan aşpaz və qida ekspertləri tərəfindən qiymətləndirilərək dad keyfiyyətlərinin yüksək standartlara uyğun olmasını bildirir. “Bonaqua” suyu dünyanın ən iri sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 500 brendindən biri olmaqla “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən istehsal edilir.

Qeyd edək ki, “Bonaqua” məhsullarının istehsalı prosesində tanınmış Şollar suyundan istifadə edilir. Təhlükəsizlik və ən yaxşı dad keyfiyyətlərinin təminatı üçün su mərhələli şəkildə təmizlənir. Son məhsul formasında alıcılara təqdim edilən “Bonaqua” suyu Azərbaycanda qida sənayesində mövcud qanunvericiliyin tələblərinə tam uyğun olmaqla yanaşı, bütün beynəlxalq keyfiyyət standartlarına, o cümlədən “Coca-Cola” şirkətinin daha yüksək tələb və normalarına cavab verir.

“Azerbaijan Coca-Cola Bottlers” 1994-cü ildən etibarən fəaliyyət göstərərək ölkədə “Coca-Cola” şirkətinin məhsullarının rəsmi istehsalçısıdır. “Coca-Cola”nın Azərbaycandakı zavodu alkoqolsuz içkilərin istehsalı üzrə ən müasir texnologiyalarla təchiz olunub və hazırda 9 adda yüksək keyfiyyətli brend içkilərinin istehsalını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti