...

Balaxanı sənaye parkının rezidentlərinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2016 13:43 (UTC +04:00)
MET-AK şirkəti Balaxanı sənaye parkının beşinci rezidenti statusu alıb.
Balaxanı sənaye parkının rezidentlərinin sayı artıb

Bakı. Ənvər Məmmədov - Trend:

MET-AK şirkəti Balaxanı sənaye parkının beşinci rezidenti statusu alıb. Trend-in məlumatına görə, müvafiq sertifikat cümə günü Azərbaycan İqtisadiyyat Nazirliyinin keçirdiyi tədbirdə rezidentin nümayəndələrinə təqdim olunub.

Şirkət parkın ərazisində plastik məhsulların emalı ilə məşğul olacaq. Bu layihənin həyata keçirilməsi üçün MET-AK sənaye parkına 16,5 milyon manat investisiya qoymağı planlaşdırır ki, bu da 130-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Şirkətin layihəsinin həyata keçirilməsi üçün sənaye parkının ərazisində iki min kvadratmetr sahə ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti