İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmək imkanları genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 14:05 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına sahibkarların birbaşa elektron qaydada müraciət etməsi üçün [email protected] poçt ünvanı yaradılıb.

Bu barədə Trend-ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bu ünvan vasitəsilə sahibkarlar təkrar şikayətlərini Nazirliyin Apellyasiya Şurasına elektron qaydada da göndərə bilərlər. Elektron müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcək.

Bundan başqa, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə Nazirliyin www.economy.gov.az saytında elektron müraciət üçün xüsusi bölmə də fəaliyyət göstərir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına indiyədək 22 müraciət daxil olub. Bu müraciətlərin 21-i mövzu və prossesual baxımından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının predmeti olmadığından, mahiyyəti üzrə baxılması üçün Nazirliyin aidiyyəti strukturlarının icraatına verilib. 1 müraciətə isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilib və nəticəsi barədə sahibkara rəsmi məlumat verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti