...

Azərbaycan xəz dərinin ixracına görə gömrük rüsumu tətbiq edə bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2016 16:23 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan xəz dərinin çıxarılmasına görə gömrük rüsumu tutmağı təklif edib.
Azərbaycan xəz dərinin ixracına görə gömrük rüsumu tətbiq edə bilər (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov – Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan xəz dərinin çıxarılmasına görə gömrük rüsumu tutmağı təklif edib.

Trend-in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev "Caspian European Club"un üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, müvafiq təklif artıq ölkə hökumətinə göndərilib: "Bu təklif artıq hökumətdə müzakirə olunur və fikrimcə, təklif yaxın gələcəkdə qəbul olunacaq. Bizdə xəz dəri emalı müəssisəsinin olmadığını nəzərə alsaq, sahibkarlar gömrük rüsumunu ödəmədən xammalı xaricə ixrac edirlər".

A.Əliyev qeyd edib ki, analoji təklif kənd təsərrüfatı və tikinti materiallarının ixracı ilə bağlı da var: "Onların Azərbaycanda maya dəyəri olduqca azdır, buna görə də bir çox sahibkar onları xaricə ixrac edir. İxrac rüsumlarının tətbiqi daxili bazarı qoruyacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti