...

SOFAZ 2017-ci ildə dövlət büdcəsinə transfertləri azaldacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2016 16:29 (UTC +04:00)
2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) büdcəyə transfertləri 6,1 milyard manat səviyyəsində gözlənilir ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,515 milyard manat (19,9 faiz) azdır.
SOFAZ 2017-ci ildə dövlət büdcəsinə transfertləri azaldacaq

Bakı. Maksim Tsurkov – Trend:

2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) büdcəyə transfertləri 6,1 milyard manat səviyyəsində gözlənilir ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,515 milyard manat (19,9 faiz) azdır.

Trend-in məlumatına görə, bu barədə 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimantında deyilir.

SOFAZ-ın 2017-ci il üçün büdcəsinin xərcləri isə 6 951,3 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 3 685,0 mln. manat və ya 34,6% azdır.

SOFAZ-ın 2017-ci il üçün hazırlanan büdcə layihəsində gəlirlər 8 370,6 mln. manat, xərclər isə 6 951,3 mln. manat həcmində nəzərdə tutulur.

Fondun xərclərinin 6 100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənub Qaz Dəhlizi layihələrində Azərbyacanın iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i Azərbaycan gənclərinin xarici öəlkələrdə təhlisi üzrə Dövlət Proqramlarının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti