...

Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13%-dir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 18:30 (UTC +04:00)
Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13%-dir.
Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13%-dir

Bakı. Trend:

Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13%-dir. Bu barədə Trend-ə JTI şirkətinin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən verilən məlumata əsasən, 2015-ci ilin III rübündə ilk dəfə olaraq JTI-ın sifarişi ilə "Boş qutu" aradırması aparılıb. O vaxtkı nəticələrə görə qaçaqmal tütün məmulatlarının bazarda payı 6,2% idi. 2016-cı ilin I, II və III rüblərində bu araşdırma təkrar aparılıb və nəticələr 12,6%, 15,1% və 11,8% təşkil edib. IV rübün nəticələri hələ məlum deyil, amma biz ilk 9 ayın nəticələrinə əsasən demək olar ki, Azərbaycanda qaçaqmal tütün məhsullarının payı 13% təşkil edir. Bu, 1 milyard ədəd siqaretdən də çoxdur.

JTI Azərbaycan Dövlət Gömrük Komitəsi üçün də 2014-cü ildə tütün qaçaqmalçılığına qarşı mübarizə üzrə ayrıca təlim proqramı hazırlayıb və təlim keçmək üçün beynəlxalq ekspertləri dəvət edib. Təlim Bakı, Quba, Lənkəran və Tovuz şəhərlərində keçirilib. Nəticədə Rusiya, İran və Gürcüstan sərhədlərində çalışan gömrük əməkdaşları bu sahədə zəruri bilik və bacarıqlar qazanıblar. Bundan əlavə, 2015-ci ildə JTI Dövlət Gömrük Komitəsinin 5 əməkdaşının Almaniyanın Trir şəhərində saxta tütün məmulatlarının aşkar edilməsi mövzusunda təlimdə iştirakını təmin edib.

Qeyd edək ki, "Boş qutu" araşdırması mənzil-qərargahı ABŞ-da yerləşən qlobal informasiya və tədqiqat şirkəti "Nielsen" tərəfindən aparılır. Tədqiqatlar Azərbaycanda tütün məmulatlarının qaçaqmalçılığı problemini öyrənmək və onun qarşısını almaq üçün faydalı məlumat mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti