Bakı. Trend:
“PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 42 349 manat qalıq kredit borcu məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı bank üzrə ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən ötən il ipoteka krediti ilə bağlı 11 sığorta hadisəsinə görə ümumilikdə 190 723 manat həcmində sığorta ödənişi verilib.
“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.