Bakı. Trend:
Fevralın 28-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 28-nə USD/AZN rəsmi məzənnəsi 1,7475 səviyyəsində müəyyən olunub.