...

Gəmiçiliyin stendi ziyarətçilərin xüsusi marağına səbəb olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2017 17:28 (UTC +04:00)
Gəmiçiliyin stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.
Gəmiçiliyin stendi ziyarətçilərin xüsusi marağına səbəb olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində keçirilən “TransCaspian/Translogistica 2017” sərgisindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.

QSC-dən Trend-ə verilən məlumata görə, sərgidə təmsil olunan şirkətlərin stendlərinə baxan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Gəmiçiliyin stendi ilə də yaxından tanış olub.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsinə layiqli töhfə vermək üçün bütün imkanlarını səfərbər edib.

Xatırladaq ki, “TransCaspian/Translogistica 2017” sərgisində stendimizi ziyarət edənlərə Gəmiçiliyin fəaliyyəti barədə ətraflı məlumat verilir. Eyni zamanda, xüsusi monitorlar vasitəsilə videoçarxlar nümayiş olunur. Bu səbəbdən Gəmiçiliyin stendi həm yerli, həm də xarici ziyarətçilərin xüsusi marağına səbəb olub.

"TransCaspian/Translogistica 2017"-də dünyanın 14 ölkəsini təmsil edən 88 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 26-28 aprel tarixində, tələbələr üçün isə aprel ayının 28-də açıq olacaq.

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti