...

Azərbaycanda 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq - SİYAHI

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2017 18:34 (UTC +04:00)
Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanda 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq - SİYAHI

Bakı. Trend:

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın sürətli inkişafı digər sahələr kimi qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013–2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,3 milyon nəfərə yaxın olan 560 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 957 subartezian quyusu qazılmışdır.

Sərəncamda qeyd olunur ki, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində (siyahı əlavə edilir) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sıra

№-si

Rayonun, şəhərin adı

Quyuların sayı

Yaşayış məntəqələrinin adı

1

Ağcabədi

9

Göyük

Muğanlı

Şahsevən

Yuxarı Qiyaməddinli (2 ədəd)

Bala Kəhrizli

Taynaq

Hindarx

Hüsülü

2

Ağdam

4

Birinci Yüzbaşılı

Mahrızlı

Sarıcalı

Təzəkənd

3

Ağdaş

1

Pirəyir

4

Ağsu

2

Ağalarbəyli

İlxıçı

5

Ağstafa

7

Aşağı Göycəli

Aşağı Kəsəmən

Pirili

Xılxına

Poylu

Eynallı

Köçəsgər

6

Astara

1

Kijəbə qəsəbəsi

7

Balakən

4

Xalatala

Sarıbulaq

Qazma

Qarahacılı

8

Beyləqan

4

Şəfəq qəsəbəsi

Kəbirli (2 ədəd)

Dünyamalılar

9

Bərdə

9

Çəmənli

İmamqulubəyli

Birinci Qazaxlar

Əliyanlı (2 ədəd)

Qaradəmirçi

Xanərəb

Əmirli

Şahvəllər

10

Cəlilabad

5

Privolnoye (3 ədəd)

Üçtəpə

Təzəkənd

11

Füzuli

5

Horadiz şəhərinin ərazisi

Şükürbəyli

Alxanlı

Aşağı Kürdmahmudlu

Şıpartı ərazisi

12

Gəncə

2

Kəpəz rayonunun ərazisi (2 ədəd)

13

Goranboy

9

Nizami

Xoylu

Qaradağlı

Bəşirli

Xınalı (2 ədəd)

Qarapirimli

Nadirkənd

Yeni yol

14

Göygöl

4

Xaqani

Səmədli

Quşqara

Yeni Qızılca

15

Xaçmaz

3

Yeni Həyat qəsəbəsi

Suxtaqalaqışlaq

Çarxı

16

Şamaxı

2

Çarhan

Göylər Dağ

17

İsmayıllı

4

İsmayıllı şəhərinin ərazisi (2 ədəd)

Hacıhətəmli

Diyallı

18

Qax

6

Kötüklü

Qaradolaq (2 ədəd)

Almalı

Zəyəm

Lələpaşa

19

Qazax

6

Birinci Şıxlı

Çaylı (2 ədəd)

Alpout

Canalı

Hüseynbəyli

20

Qəbələ

4

Vəndam qəsəbəsi

Topbağ kəndi

Böyük Pirəli

Yemişanlı

21

Quba

3

Birinci Nügədi

Amsarqışlaq

Küpçalqışlaq

22

Qusar

2

Əniqoba

Haçatala

23

Masallı

3

Qəriblər

Çaxırlı

Köhnə Alvadı

24

Oğuz

4

Oğuz şəhərinin ərazisi

Muxas

Zərrab

Padar

25

Samux

5

Samux şəhərinin ərazisi

Alıuşağı

Tatlı

Zazalı

Əhmədbəyli

26

Şəki

7

Şəki şəhərinin ərazisi

Qudula

Çapağan

Qoxmuq

Baltalı

Aşağı Layısqı

Baş Layısqı

27

Şəmkir

7

Şəmkir şəhərinin ərazisi (2 ədəd)

Dəllər Cırdaxan (2 ədəd)

Düyərli (2 ədəd)

Yeniabad

28

Tərtər

7

Seydimli

Buruc

Ələsgərli

Köçərli

Yuxarı Sarıcalı

Səhləbad

Əskipara

29

Tovuz

6

Qovlar şəhərinin ərazisi (2 ədəd)

Çilovdarlı

Dönük Qırıqlı

Alakol

Əyyublu

30

Yevlax

2

Köyük

Rüstəmli

31

Zaqatala

6

Muxax

Yengiyan

Yuxarı Tala

Əliabad qəsəbəsi

Dağlı

Lahıc

32

Xocavənd

1

Muğanlı ərazisi (qış otlaqları)

33

Yardımlı

1

Arvana

34

Laçın

(Ağcabədi rayonunun Taxta-Körpü ərazisi)

1

Mais oba ərazisi

(Laçın qış yataqları)

35

Qobustan

2

Bədəlli

Ərəbşalbaş

36

Lerik

2

Gürdəsər

Boykəndil

Cəmi

150

136

Məqalədə:
Xəbər lenti

Xəbər lenti