...

“Akkord” Korporasiyası Qazaxıstanda 70 mln. dollarlıq tenderin qalibi oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2017 21:31 (UTC +04:00)
20 iyul 2017-ci ildə Qazaxıstanın Astana şəhərində sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirib
“Akkord” Korporasiyası Qazaxıstanda 70 mln. dollarlıq tenderin qalibi oldu

Bakı. Trend:

20 iyul 2017-ci ildə Qazaxıstanın Astana şəhərində sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirib.

Trend-in məlumatına görə, tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çin dövlətlərindən olan 9 yerli və xarici şirkət iştirak edib.

Respublikamızı təmsil edən, yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəsi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ümumi dəyəri 70 milyon dollar olan hər iki lotun tikintisi üzrə tenderin qalibi elan edildi.

Hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti ilə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti