...

Ərəblərin Azərbaycanla bağlı PLANI - Acman nümayəndəliyi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2017 10:19 (UTC +04:00)
Bu il Azərbaycanda Acman Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq.
Ərəblərin Azərbaycanla bağlı PLANI - Acman nümayəndəliyi açılacaq

Bakı. Azad Həsənli - Trend:

Bu il Azərbaycanda Acman Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq.

Trend-in məlumatına görə, Azərbaycanla yanaşı, belə bir nümayəndəlik Çin, İsveçrə, Kanada və Honkonqda da açılacaq.

Acman AİZ-in nümayəndəliyinin açılmasının xarici investorlarla əlaqələrin möhkəmləndirilməsinə və yeni investesiyaların cəlb edilməsinin artırılmasına yardım edəcəyi gözlənilir.

Qeyd edək ki, Acman AİZ 1988-ci ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaradılıb. Hazırda zonada 22 min şirkət fəaliyyət göztərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti