...

IFC: Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2017 16:11 (UTC +04:00)
Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var.
IFC: Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen Bakıda "Elektron və rəqəmsal maliyyə xidmətləri" adlı yeni layihənin təqdimatında deyib.

O qeyd edib ki, Avropa və Mərkəzi Asiya üzrə analoji göstərici təqibən 50 faiz təşkil edir.

Van Bilsen bildirib ki, layihə əhalini ucuz maliyyə xidmətləri ilə təmin edəcək innovativ modelin tətbiqinə imkan verəcək: "Bu, dağ rayonları və kənd yerləri üçün xüsusilə aktualdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti