...

Prezident İlham Əliyev Bakıda keçiriləcək II ticarət festivalı ilə bağlı sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2017 17:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının (“shopping festival”) təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti