Bakı. Trend:
Dekabrın 29-da bank VTB-nin (Azərbaycan) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bankdan Trend-ə verilən məlumata görə, yığıncaq saat 11.00-da bankın Bakı ş., Xətai prospekti 38 yerləşən ofisində baş tutacaq.
İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarətdir:
• Bank Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi
• Bankın nizamnamə kapitalının artırılması
• Bankın Nizamnaməsinə dəyişikliklərin edilməsi