...

Azərbaycanda Gömrük Məcəlləsinə dəyişikliklər hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2018 16:03 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketini hazırlayır
Azərbaycanda Gömrük Məcəlləsinə dəyişikliklər hazırlanır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketini hazırlayır.

Trend-in məlumatına görə, bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

İ.Babayev bildirib ki, dəyişikliklər paketi yaxın zamanlarda baxılması üçün hökumətə təqdim olunacaq:

“Son dövrlərdə idxal-ixrac əməliyyatları ilə bağlı fəaliyyətimiz Vergilər Nazirliyi ilə birgə nizamlanır ki, dəyişikliklərin bir hissəsi bu faktla bağlı olacaq. Ümumilikdə isə dəyişikliklər gömrük prosedurlarının sadələşdirilməsi, gömrük-buraxılışı məntəqələrindən sürətli keçidin təmin olunması ilə əlaqədardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti