...

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2018 16:04 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.

Komitənin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.

V.Novruzovun yerinə DGK-nın Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin ediliblər.

Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyinat alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti