...

VTB (Azərbaycan) Rus mədəniyyət mərkəzinə hədiyyə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2018 17:29 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda Rus icmasının 25-illik yubileyi çərçivəsində bank VTB (Azərbaycan) Bakıdakı Rus mədəniyyət mərkəzini videoavadanlıqla təmin edib.

Bankdan Trend-ə verilən məlumata görə, indi tələb olunan proyektor və ekran kimi texniki avadanlıqlar hesabına mərkəzdə təhsil alanlar üçün müxtəlif seminar, treninq və təqdimatlar keçirmək mümkün olacaq.

VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib:

“Azərbaycandakı Rus icması ilə aktiv əməkdaşlıq çərçivəsində bank VTB (Azərbaycan) Rus mədəniyyət mərkəzinə daim dəstək göstərir: ötən il biz buranı kompüter sinfi ilə təmin etmişdik. Nəticədə indi burada məktəblilər üçün informasiya texnologiyaları üzrə kurslar keçirilir. Yeni videoavadanlıq da burada daha çox sosial əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti