Bakı. Trend:
Belarus, Gürcüstan və Azərbaycan Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanlarını öyrənirlər.
Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bu qərar iqtisadi əməkdaşlıq üzrə Belarus-Gürcüstan hökumətlərarası komissiyasının 5-ci iclasında qəbul edilib.
İclasda qeyd olunub ki, Belarus və Gürcüstan arasında yükdaşımalarda artım tendensiyası müşahidə edilir. 2018-ci ildə daşımaların həcmi 94 min ton təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 10,6 faiz çoxdur.
Tərəflər, həmçinin nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.