...

Nazir: İlin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2019 14:12 (UTC +04:00)
Bu ilin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb
Nazir: İlin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb

Bakı. Mətanət Nəsibova - Trend:

Bu ilin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.

Nazir bildirib ki, hesabat dövründə özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi imzalanıb:

“Özəl sektordakı bu göstərici ümumi göstəricinin 78 faizini təşkil edir. Əmək münasibətlərinin leqallaşmasının əsas hissəsi ticarət, sənaye və tikinti sektorunun payına düşüb”.

M.Cabbarov əlavə edib ki, bu ilin 7 ayı ərzində qeyri-neft sektorunda əməkhaqqı fondu 20 faizədək artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti