...

“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2020 14:50 (UTC +04:00)
Həyata keçirilmiş kəşfiyyat işləri nəticəsində “AzerGold” QSC-nin sahələrində qiymətli metalların ümumi ehtiyatları 20 dəfədən çox artıb
“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib

Bakı. Eldar Canaşvili - Trend:

Həyata keçirilmiş kəşfiyyat işləri nəticəsində “AzerGold” QSC-nin sahələrində qiymətli metalların ümumi ehtiyatları 20 dəfədən çox artıb.

Trend-in məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, həmin ehtiyatların hasilatı və ixracı ölkə iqtisadiyyatına milyardlarla dolların daxil olmasını təmin edəcək.

Z.İbrahimovun sözlərinə görə, bununla belə, qeyd olunan iri layihələrin reallaşdırılması üçün müvafiq maliyyə vəsaitləri lazımdır:

“Həmin layihələrin işə salınması üçün həm yerli, həm də beynəlxalq maliyyə təşkilatlarından maliyyə cəlb etmək niyyətindəyik. Bu məqsədlə şirkətin nizamnamə kapitalı 2 milyon manatdan 37 milyon manatadək artırılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti