Bakı. Trend:
Yapon avtomobil istehsalçısı "Honda" yeni növ koronavirusun yayılması səbəbiylə Saytama prefekturasındakı iki zavodda istehsalını dayandıracaq.
Trend-in məlumatına görə, bu barədə yerli Kyodo agetliyi xəbər yayıb.
Sayama şəhərindəki miniven buraxan zavod aprelin 27-dən mayın 1-dək, krossoverlərin yığıldığı Yoria şəhərindəki zavod isə aprelin 27-dən eyni ayın 29-na qədər istehsalı dayandıracaqlar.
Daha əvvəl ölkədə "Mitsubisi Motors" və "Subaru" avtomobil istehsalçıları zavodlarının bağlanması barədə məlumat verib.