Bakı. Trend:
Yapon avtomobil konserni "Honda Motor" orta istehlakçı üçün ilk elektrik avtomobilini təqdim edib. Elektromobilin satışına 30 oktyabrda başlanacaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə istehsalçının saytında xəbər verilib.
Model "Honda e" adlandırılacaq, modifikasiyasından asılı olaraq 136 və ya 154 at gücünə malik elektrik mühərriki ilə təchiz ediləcəkdir. Tək enerji doldurması ilə dörd nəfər üçün hazırlanmış elektrik avtomobili 259 ilə 283 km məsafəni qət edə bilər. Baza komplektasiyalı avtomobilin dəyəri 4,51 milyon yen (təxminən 42.5 min dollar) olacaq.
Qeyd olunur ki, Honda ildə 1000 belə avtomobil satmağı planlaşdırır.