...

Bakı-Tbilisi-Qars ikitərəfli rejimdə işə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2020 16:26 (UTC +04:00)
Bakı-Tbilisi-Qars ikitərəfli rejimdə işə salınıb

Bakı. Tamilla Məmmədova - Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu ilk dəfə olaraq ikitərəfli rejimdə işə salınıb.

Trend-in məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.

O bildirib ki, dəmir yolunun ikitərəfli rejimdə işə düşməsi bu marşrutla yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına, eləcə də Gürcüstanın tranzit imkanlarının yüksəlməsinə yol açacaq.

Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin bazarı arasında ən qısa marşrutdur.

Türkiyədən Çinin Sian əyalətinə yük qatarı dekabrın 4-də İstanbuldan yola salınıb. Qatarın 12 gün ərzində hədəf nöqtəyə çatması gözlənilir. Qatar 8 693 kilometr yol, iki qitə, iki dəniz və beş ölkə qət edəcək. Yük qatarı 42 konteynerdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti