...

"Anglo Asian Mining" Azərbaycanda yeni yataqda hasilata başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2021 20:09 (UTC +04:00)

Bakı. Fidan Babayeva - Trend:

Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti 2021-ci ilin sonu və ya 2022-ci ilin əvvəlində yeni, "Avşanclı" yatağında qiymətli metalların hasilatına başlayacaq.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, hasilat kiçik "Avşanclı-1" yatağından başlayacaq:

"Proses bu ilin sonunda və ya gələn ilin əvvəlində başlaya bilər. Uzunmüdətli perspektivdə "Avşanclı" yatağının mərkəzi hissəsində (Avşanclı-1) hasilatı yerüstü üsulla həyata keçirmək olacaq"

Şirkətdən bildiriblər ki, "Avşanclı" Gədəbəy açıq karxanasından 10,5 kilometr şimal-şərqdə yerləşən bacib mineral rayonudur. Bu qızıl-mis yatağı üç sahəyə ayrılıb: "Avşanclı-1", "Avşanclı-2" və "Avşanclı-3"

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti