...

"Apple" Çində planşet istehsalını dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2022 22:41 (UTC +04:00)
"Apple" Çində planşet istehsalını dayandırır

Bakı. Trend:

"Apple" şirkəti "iPad" planşetlərinin istehsalını Çindən Vyetnama köçürəcək.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bununlada "Apple" planşetləri "AirPods"-dan sonra Vyetnamda istehsal olunan ikinci əsas məhsul xətti olacaq.

Qeyd olunur ki, elektronika nəhənginin bu cür addımı Çində koronavirus məhdudiyyətləri ilə əlaqələndirilir. COVID-19-un yayılması və fabriklərin bağlanması səbəbindən planşetlərin istehsalında gecikmələr yaranıb.

"Apple" həmçinin COVID-19 məhdudiyyətlərinin təsir etmədiyi tədarükçülərinə bir neçə ay ərzində istehsalı nəzərdə tutulmuş qaydada saxlamaq üçün komponentlər ehtiyatını toplamaq barədə xəbərdarlıq edib. Bu, "iPhone 14"-ün fasiləsiz istehsalını təmin etmək üçün lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti