...

İsveçrə şirkətləri Azərbaycanda biznes qurmaqda maraqlıdır - Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2022 16:38 (UTC +04:00)
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə şirkətləri Azərbaycanda biznes qurmaqda maraqlıdır.

Trend-in məlumata görə, bunu Azərbaycan-İsveçrə Biznes Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O, biznes sektoruna yeni texnologiyalar və innovasiyalar gətirəcək birgə müəssisələrin yaradılmasını, eləcə də İsveçrə təcrübəsinin öyrənilməsi üçün İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) ilə birgə təlim proqramının həyata keçirilməsini təklif edib.

A.Məmmədov Agentliyin fəaliyyətindən danışaraq qeyd edib ki, istiqamətlərdən biri də daxili bazarda tədqiqatların maliyyələşdirilməsidir.

"KOB-un inkişaf mərkəzləri yaradılıb, burada pulsuz təlimlər və məsləhətlər verilir. Biz həmçinin kiçik və orta sahibkarlığın məhsul və xidmətlərinin vahid platforma vasitəsilə satışını dəstəkləmək üçün xüsusi elektron ticarət platforması yaratmışıq", - deyə Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti