Bakı. Trend:
Mindən çox Azərbaycan vətəndaşı Türkiyənin "Yetenek Kapısı" platformasından istifadə edir.
Trend cümə axşamı xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atay "İnsan Resursları Zirvəsi 2023" forumu çərçivəsində "Rəqəmsal transformasiya və insan resursları" panel müzakirəsində deyib.
Qeyd edək ki, Türkiyədə istifadəyə verilən "Yetenek Kapısı" sistemindən Azərbaycanda da istifadə olunur.
S.Atayın sözlərinə görə, "Yetenek Kapısı" karyera platformalarından biridir.
"Bu, işəgötürənlərlə tələbə-məzunları bir araya gətirən, iş, təcrübə müddəti və müxtəlif sahələrdə bir sıra layihələr təqdim edən platformadır. Azərbaycanın da mindən çox vətəndaşı bu sistemdən istifadə edir", - deyə S.Atay vurğulayıb.
(Təcrübə: Rəna Əbdürəhmanova)