...

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2024 11:35 (UTC +04:00)
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanın təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 2,5 milyard dollar olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

"Daxilolmalar 1,8 milyard dollar, ödənişlər iusə 0,7 milyard dollar olub. Təkrar gəlirlər balansında təqribən 93,4 faiz xaricdən fiziki şəxslərin pul köçürmələrinin, 5,7 faiz ölkəyə gətirilən humanitar malların, 0,9 faiz isə digər daxilolmaların payına düşüb", - o deyib.

Qeyd olunub ki, Azərbaycanda pul köçürmələri ötən ilin analoji dövrü ilə müqayisədə 54,3 faiz azalaraq 1,7 milyard dollara düşüb.

Hesabat dövrüdə Azərbaycandan pul köçürmələri 17,2 faiz azalaraq 0,6 milyard dollara düşüb.

Qeyd edək ki, bütünlükdə təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət qalaraq 1,1 milyard dollar olub.

Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti