...

BAKU MEBEL 2005 BEYNƏLXALQ SƏRGİSİNDƏ TƏXMİNƏN 15 YERLİ ŞİRKƏT İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 16:37 (UTC +04:00)
BAKU MEBEL 2005 BEYNƏLXALQ SƏRGİSİNDƏ TƏXMİNƏN 15 YERLİ ŞİRKƏT İŞTİRAK EDƏCƏK

Bakıda keçiriləcək 3-cü BAKU MEBEL- 2005 beynəlxalq mebel, interyer və dizayn sərgisində Azərbaycanın təxminən 15 şirkəti iştirak edəcək.
Iteca Caspian Ltd şirkətinin BAKU MEBEL sərgisi üzrə meneceri Yana Sapunova Trend ə bildirib ki, bu il yerli şirkətlər üçün meydan genişləndiriləcək.

Menecerin sözlərinə görə, ötən illə müqayisədə bu il xarici şirkətlərin sayı artıb.Bunlar sərgidə əsasən mebel istehsalı üçün avadanlıq və alətlər təqdim edəcək.

"Tədbirdə iştirak edən yerli müəssisələrin sayı ötənilki sərgi ilə müqayisədə sabit olaraq qalıb.Amma biz ümid edirik ki, ölkədə mebel istehsalının artımı ilə paralel olaraq sahibkarların həmin sərgiyə marağı artacaq" -deyə Y.Sapunova bildirib.

Sentyabrın 7-də (sentyabrın 10-dək) Heydər Əliyev adına idman-konsert kompleksində öz işinə başlayacaq BAKU MEBEL sərgisində ümumilikdə 7 ölkədən 30 şirkət iştirak edəcək.

BAKU MEBEL 2005 sərgisinin təşkilatçısı Britaniyanın ITE Group PLC şirkəti və onun Azərbaycandakı rəsmi tərəfdaşı Iteca Caspian Ltd. şirkətidir.

Xəbər lenti

Xəbər lenti