Beynəlxalq maliyyə korporasiyası Azərbaycanın bank sektorunda əməliyyatları genişləndirməyə hazırdır. BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Nuriyeva Trend ə bildirib ki, hazırda kiçik və orta sahibkarlığın inkişafına kredit xəttinin alınması üçün 4 bank BMK-na müraciət edib.
"Korporasiya Azərigazbank və Rabitabank üçün kredit xətlərini genişləndirməyə hazırdır, amma hər bir halda bunlar kapitalı 50% ötməyəcək. Biz onların tələbinə operativ olaraq baxmağa hazırıq" -deyə A.Nuriyeva bildirib.
1997-ci ildən yalnız Azərigazbank və Rabitabank BMK ilə fəal əməkdaşlıq edir. 1997-2002-ci illərdə bu banklar ilk $800 min məbləğində krediti mənimsəyib. BMK-nın ikinci kredit xəttinin verilməsi haqqında saziş 2003-cü ilin mayın 8-də Bakıda imzalanıb. Sazişə əsasən Azərigazbank və Rabitəbank $1,2 mln. alıb. Kredit 6 il müddətinə illik LIBOR+4,25% ilə verilib və 2004-cü ilin payızın sonunda mənimsənilib.