...

DGK sədri ABŞ səfiri ilə gömrük əməkdaşlığının inkişafı məsələlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2006 19:53 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ABŞ-ın ölkəmizdəki səfiri Rino Harnişi qəbul edib. Trend xəbər veriri ki, görüşdə Azərbaycanla ABŞ arasında mövcud siyasi, iqtisadi, ticarət əlaqələri və ölkələrarası münasibətlərdə xüsusi rolu olan gömrük əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub.

ABŞ-ın Gömrük Xidməti ilə əməkdaşlıq əlaqələrinin xüsusi önəm daşıdığını vurğulayan komitə sədri "Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında" sazişin imzalanmağa hazır olduğunu söyləyib.

Antiterror koalisiyasının üzvü kimi Azərbaycanın gömrük qurumunun ölkə sərhədlərini dünyanın təhlükəsizliyi naminə daha güclü mühafizə etməsini yüksək dəyərləndirən səfir, kadr hazırlığı, təcrübə mübadiləsi baxımından ölkəsinin Azərbaycanın gömrük xidmətinə hər cür kömək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Azərbaycandakı iqtisadi inkişaf dinamikasından razılıqla söhbət açan amerikalı diplomat etibarlı tərəfdaş kimi Azərabycanla əməkdaşlığa ABŞ-ın xüsusi önəm verdiyini qeyd edib. Səfir bu sahədə gömrük orqanlarının əməkdaşlığının daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti