...

Milli Sahibkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı ilə birgə səmərəlilik və rəqabət qabiliyyəti ilə bağlı vəziyyəti araşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 17:27 (UTC +04:00)

Milli Sahibkarlar Konfederasiyası "Azərbaycanda səmərəlilik və rəqabət qabiliyyəti üzrə sahibkarların fəaliyyətinin artırılması" layihəsinin gerçəkləşdirilməsinə başlayıb. Trend in AMSK-nın press-relizinə istinadən xəbər verdiyi kimi, layihə Beynəlxalq Əmək təşkilatının dəstəyi ilə həyata keçirilir.

Əsas məqsəd konfederasiyanın potensial üzvlərinin rəqabət qabiliyyətinin səmərəliliyinin milli səviyyəyə qaldırılması və onların biznes sahəsində biliklərinin artırılması istiqamətində yardımın gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində respublikanın 6 rayonunda (Quba, Qusar, Xaçmaz, Lənkəran, Lerik və Astara) emal sənayesi və turizm sahəsində səmərəliliyin və rəqabət qabiliyyətinin vəziyyəti, biznes sahəsində problemlər, kadr siyasəti, vergiqoyma, hüquqi baza, turizm və aqrar sektorlarda proqramın reallaşdırılması istiqamətində araşdırmalar aparılıb və nəticələr əsasında hesabat hazırlanıb.

Hesabatın təqdimatı iş planına uyğun olaraq Qusarda və Lənkəranda keçiriləcək. Sahibkarların səmərəlilik və rəqabət qabiliyyəti sahəsində məlumatlılığının artırılması məqsədilə bu rayonlarda dəyirmi masalar təşkil olunacaq. Birinci görüş bu gün Qusarda keçirilir, martın 7-də isə Lənkəranda təşkil olunacaq. Dəyirmi masalar turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış sahibkarların, yerli icra orqanları nümayəndələrinin, həmçinin, maraqlı şəxslərin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti