...

DB Bakı-Şamaxı/Muğanlı layihəsi üçün podratçının seçilməsi üzrə müsabiqə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 18:54 (UTC +04:00)

Dünya Bankı Bakı-Şamaxı/Muğanlı avtomobil yolunun inşası layihəsinə texniki nəzarəti həyata keçirəcək məsləhətçi şirkətin müəyyən edilməsi üzrə müsabiqə elan edib. Qeyd edək ki, bu layihə Azərbaycanın magistral avtomobil yolları 2 layihəsi çərçivəsində DB-nin ayırdığı kredit hesabına həyata keçirilir.

Trend in xəbər verdiyi kimi, seçilmiş şirkət 120 km uzunluğa malik yolun yenidən quraşdırılması layihəsinin gerçəkləşdiriləcəyi 18 ay ərzində tikintiyə texniki nəzarət etməlidir.

Şirkət layihənin vaxtında təhvil verilməsini, onun yerinə yetirilmə keyfiyyətini, ödəniş formasının təsdiqlənməsini, ətraf mühitin mühafizəsi üzrə kursların keçirilməsini təmin etməlidir. Təkliflər 2006-cı il aprelin 28-dən gec olmayaraq təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti